Azərbaycanda aqroparkların rezidentlərinin fəaliyyətinin təminatına 350 mln.manat dəyərində investisiya təşviqi sənədi verilib. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çərşənbə günü "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" adlı tədbirdə deyib
“28 rayonda 42 aqroparkın yaradılması planlaşdırılır. Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarının ərazilərində aqroparklarda işlərin birinci mərhələsi başa çatmaq üzrədir”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, “Azərbaycanda yaradılan aqroparkların fəaliyyəti üçün investisiya təşviqi sənədinin ümumi dəyəri 350 mln.manatdan çoxdur”.
N.Səfərov vurğulayıb ki, aqroparkın yaradılması üçün Sahibkarlara Kömək Milli Fondu (SKMF) tərəfindən 98 mln.manat həcmində güzəştli kredit ayrılıb. **
B.Rüstəmbəyov