Xəzər dənizinin dibi ilə borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırlacaq. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Konvensiya layihəsində boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Bu məsələ hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırlacaq”, - X.Xələfov çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Xəzərin dibinin bölünməsi məsələlərinin razılaşdırılması məqsədilə İran və Türkmənistanla danışıqlar davam etdiriləcək.
Mübahisəli neft-qaz yatağlarına gəlincə isə, nazir müavini bildirib ki, onların istismarı beynəlxalq hüquq əsasında həyata keçiriləcək - birgə və ya digər variantlar tətbiq olunaraq. **
F.İsazadə