Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub”, - deyə nazirliyin məlumatında bildirilir.
Memorandum Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində imzalanıb.*
F.İsazadə