Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq. Bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib.
“Hindistan yanvarın ortlarından etibarən güman ki, İran və Azərbaycandan, Bandas-Abbasdan keçməklə ilk ixrac partiyasının nəqlinə başlayacaq. Sonra yük Rusiyaya çatacaq”, - India Today nəşrinin məlumatına görə, bunu S.Kumar qeyd edib.
Onun sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək.
S.Kumar bildirib ki, bu yüklərin daşınma müddətini indiki 35 gündən təxminən 17 günədək azaldacaq.
O əlavə edib ki, gömrük departamentinə bu marşrutun istifadəsi ilə bağlı müxtəlif sektorlardan çox sayda sorğu daxil olur. **
A.Əzizov