Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov İ.Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Onun sözlərinə görə, burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq.
Emalatxana müxtəlif ölçülü 43 dəzgahla təchiz olunub.
Bu, “Azərxalça”nın üçüncü filialıdır. Hazırda ASC-nin Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir.Ümulikdə, ilkin mərhələdə regionlarda 10 filialın yaradılması nəzərdə tutulur. **
F.İsazadə