Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 36 nəfər sakinini təhlükəsiz əraziyə təxliyə ediblər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Nəticədə yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb”, - deyə məlumatda bildirilir.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.
Yanğın söndürülüb.*
R.Babayev