Azərbaycan şirkətləri ət və süd məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı danışıqlara başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Danışıqlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyası çərçivəsində aparılır. Görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib.
İkitərəfli görüşlər zamanı "Kerkom" şirkəti Azərbaycan balının, "Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıb. "Milk-Pro" şirkəti isə "Sunbulah Group" distributor şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.*
B.Rüstəmbəyov