Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Bunu ABŞ dövlət katibi Reks Tillerson deyib.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Siyasi iradənin olacağı təqdirdə, substantiv irəliləyişə nail olmaq mümkündür”, - R.Tillerson Vyanada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü illik iclasında çıxışında bildirib.
“Bu istiqamətdə proseslərin sürətləndirilməsinə dair dünənki qərarı alqışlayırıq”, - o əlavə edib.
Diplomat qoşunların təmas xətti boyu gərginliyin azalması və danışıqların intensivləşdirilməsinə yönələn Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın üzərlərinə götürdükləri öhdəliklərindən məmnunluq ifadə edib. **