Azərbaycan və Macarıstan avtomobil nəqliyyatı iləbeynəlxalq daşımalar və təhsil sahəsində əməkdaşlıq edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Görüşdən sonra nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar”, – deyə məlumatda bildirilir.*
N.Abbasova