ABŞ-ın Kaliforniya ştatında Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası (California Azerbaijan Friendship Association - CAFA) təsis edilib. Bu barədə Azərbaycanın Kaliforniyadakı baş konsulluğundan məlumat verilib.
Assosiasiyanın təsis yığıncağlı dekabrın 20-də keçirilib.
CAFA-nın icraçı direktoru Kimiya Məmmədova mərasimdə bildirib ki, assosiasiyanın yaradılmasında əsas məqsəd Kaliforniyada yaşayan bütün azərbaycanlıları, o cümlədən Azərbaycanın dostlarını birləşdirmək və Azərbaycan ilə Kaliforniya arasında mövcud əlaqələri daha da gücləndirməkdir.*
B.Rüstəmbəyov