Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib və dövlət başçısını ad günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
İ.Əliyev göstərilən diqqətə və təbrikə görə X.Battulqa minnətdarlığını bildirib.
“Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər”, - məlumatda deyilir.
Dekabrın 24-də İ.Əliyevin 65 yaşı tamam olub. **
B.Rüstəmbəyov