Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanununu təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.
2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat səviyyəsində təsdiq olunub. Beləliklə, yaşayış minimumu 2017-ci ilin göstəricisi ilə 11,6% artıb.
Bundan başqa, “Azərbaycan Respublikasında 2018-ci il üçünehtiyac meyarının həddi haqqında”qanun təsdiq olunub. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilib (2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edir). **
B.Rüstəmbəyov