Yanvar ayının 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək. Bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilir.
“Yanvar 13-dən “BakuBus” 175 nömrəli marşrut xətti üzrə sərnişinlərə avtobuslar xidmət göstərəcək. 6 yanvar tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb”, - məlumatda deyilir.
Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.
175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq. **
N.Abbasova