Dünya Bankı MDB-nin neft ixracatçısı olan ölkələrə iqtisadiyyatın şaxələndirilməsi üzrə tədbirləri sürətləndirməyi tövsiyyə edir.
“Xüsusilə, iri neft ixracatçıları iqtisadiyyatlarını şaxələndirə bilməsələr, iqtisadi artımın daha az templərindən zərər çəkə bilərlər. Misal üçün, əgər Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda bu iqtiqamətdə qəbul olunan ortamüddətli strategiyaları reallaşdırmaq mümkün olmasa”, - DB-nin yanvar ayı üzrə Global Economic Prospects icmalında qeyd olunur.
DB-nin qiymətləndirmələrinə görə, 2016-2017-ci illərdə bəzi ixracatçı ölkələrin hökumətləri (Anqola, Azərbaycan, Boliviya, Qazaxıstan, Malayziya, Nigeriya, Rusiya, Sudan, Türkmənistan) dünya bazarlarında neftin qiymətinin azalması şəraitində öz valyutalarının dəstəklənməsi məqsədilə fəal müdaxilə siyasəti həyata keçiriblər. Bundan başqa, bəzi ölkələr (Anqola, Azərbaycan, Kolumbiya, Qana, Qazaxıstam, Nigeriya, Rusiya, Trinidad və Tobaqo) inflyasiyanın artımına cavab olaraq uçot dərəcəsini artırıblar.
Bank vurğulayır ki, bir sıra ölkələr, həmçinin Azərbaycan valyuta ehtiyatlarının azalması şəraitində daha çevik mübadilə məzənnəsinə keçiblətr. Bundan əlavə, Azərbaycan valyuta ehtiyatlarının bir hissəsini (ARDNF-nin vəsaiti) kommersiya banklarında yerləşdirməyə başlayıb.
O cümlədən, bank ümumilikdə Şərqi Avropa və Mərkəzi Asiyanın bir çox ölkələrində maliyyə sektorunun zəifliyini qeyd edir. “Bəzi ölkələr (Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan) problemli banklara inyeksiyalar şəklində dövlət vəsaitindən fəal istifadə edibklər”, - icmalda vurğulanır. **
A.Əzizov