Çərşənbə günü Kiyev şəhərində Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında Azərbaycan icmasının nümayəndələrinin mitinqi keçirilir.
“İnterfaks-Ukrayna” agentliyinin müxbirinin məlumatına əsasən, aksiyada 150-ə yaxın şəxs iştirak edir. Onlar hüquq-mühafizə orqanlarını Ukraynada azərbaycanlılara təzyiq göstərən, nümayəndələri qaçıran cinayətkara qarşı mübarizə aparmağa çağırırlar.
Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar güc strukturlarından qorxmurlar. Ukraynada 20-dən artıq azərbaycanlı qaçırılıb, onların bir hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Aksiya iştirakçılarının əllərində aşağıdakı məzmunda plakatlar var: “Mən Ukraynaya sərmayə yatırmaq istəyirəm, lakin bu qorxuludur”, “90-lar qayıdır”, “Biz Ukraynada banditizmə qarşıyıq. Həyatlarımızı müdafiə edin”. **