11.01.2018 11:34

Prezident Əliyev tütün və siqaretin ixracını təşkil etməyi vəzifə qoyur

Azərbaycanda 2017-ci ildə tütün istehjsalı həcmi 5,2 min tona qədər artıb. Bunu prezident İlham Əliyev deyib.

“Əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb”, - İ.Əliyev Nazirlər Kabinetinin2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Onun sözlərinə görə, bu il də bir çox önəmli tədbirlər görüləcək. Xüsusilə, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. “Biz gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret şəklində ixrac etməliyik”, - prezident əlavə edib. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.