Bu il Azərbaycanda 2 min kilometr yeni avtomobil yolu çəkiləcək. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“2017-ci ildə 1,3 min kilometr avtomobil yolu salınıb. Bu il iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir”, - İ.Əliyev bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir. 2017-ci ildə beş yüzdən çox kəndə yeni yol salınıb.
“Ümumiyyətlə, demək istəyirəm ki, bu layihələr daxil olmaq şərtilə 2004-cü ildən bu ilin sonuna qədər Azərbaycanda 15 min kilometr avtomobil yolunun tikintisi təmin ediləcək. Bu, çox böyük rəqəmdir”, - prezident qeyd edib. **
B.Rüstəmbəyov