2017-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 314,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 33,1%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.
Ümumilikdə ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə 22 mlrd. 126,2 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin göstəricisindən 3,6% çoxdur.
2016-cı ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 145,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.*
N.Abbasoba