2017-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 mlrd. 387 milyon ABŞ dolları həcmində olub, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24%-dən çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Bu dövrdə ixrac strukturunda əsas həcm pomidor (151,6 mln. ABŞ dolları), qızıl (125,4 mln. ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı(114,5 mln. ABŞ dolları) tutub.
Ümumilikdə, ötən il ərzində meyvə-tərəvəz ixracı 503 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə Rusiyaya 553 mln., Türkiyəyə 292 mln., İsveçrəyə 143 mln., Gürcüstana 138 mln. və İtaliyaya 56 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin dekabr ayında Azərbaycanın qeyri-neft ixracının həcmi $151,7 mln. təşkil edib. 457 şirkət və fiziki şəxs tərəfindən ixrac əməliyyatları həyata keçirilib. Bununla belə, ötən ay Azərbaycan məhsullarının ixrac olunduğu ölkələrin beşliyinə daxildir: Rusiya ($55 mln.), Türkiyə ($28 mln.), İsveçrə ($10 mln.), Gürcüstan ($17 mln.) və İtaliya ($4 mln.).
Cari ilin dekabr ayında xurmanın ixracının dəyəri 20,9 mln. ABŞ dolları, pomidorun - 11,4 mln. ABŞ dolları və meşə fındığının - 9,9 mln. ABŞ dolları təşkil edib.
2016-cı ildə Azərbaycanda qeyri-neft ixracının həcmi 16,4% - $1 mlrd. 237,1 mln.-a qədər azalıb. **
B.Rüstəmbəyov