Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Krakovda (Polşa) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Nazir E.Məmmədyarov və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, bu gün həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.*
F.İsazadə