Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli olacaq. Nümayəndəlik "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması, habelə Azərbaycan şirkətlərinin Çində iqtisadi maraqlarının qorunması və müxtəlif məsələlərlə bağlı Azərbaycan sahibkarlarına dəstək göstərilməsi baxımından əhəmiyyətlidir”, məlumatda iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərindən sitat gətirilir.
Nazir həmçinin qeyd edib kii, Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir.
2017-ci ilin yekunları üzrə ölkələr arasında ticarət dövriyyəsi 1,2 mlrd. ABŞ dollar təşkil edib, bud a 2016-cı ilin göstəricisindən 43% çoxdur.
Xəbər verildiyi kimi, nazir Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti 5-7 fevral tarixlərində Çində səfərdədir.
B.Rüstəmbəyov **