Milli Məclisin sədri Oqtay Əsədov 11 aprel 2018-ci il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərininn monitorinqini aparmaq məqsədilə MDB Parlamentlərarası Assambleyasının Şurasının nümayəndələrini dəvət edib. Bu barədə MDB PA-nın saytında məlumat verilir.
O.Əsədov MDB Parlamentlərarası Assambleyasının Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədriValentina Matviyenkoya dəvət göndərib.
O.Əsədov məktubda xüsusilə qeyd edib ki, Azərbaycan “həmçinin seçkilər və referendumların müşahidəsi sahəsində MDB Parlamentlərarası Assambleya ilə gələcəkdə hərtərəfli əlaqələrin inkişafı və dərinləşməsinə böyük önəm verir”.
“Parlamentlərarası Assambleya ona üzv ölkələrdən olan nümayəndələr, o cümlədən MDB PA Şurası katibliyinin əməkdaşlarından və üzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına əməl etmə üzə beynəlxalq Monitorinq İnstitutunun ekspertlərindən ibarət heyət formalaşdıracaq və seçkiləri müşahidə etmək üçün Azərbaycana göndərəcək”, - məlumatda qeyd olunur.
Bildirilir ki, MDB PAŞurası katibliyinin əməkdaşlarından vəüzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm vəvətəndaşların seçki hüquqlarınaəməl etmə üzə beynəlxalq Monitorinq İnstitutununn ekspertləri və həmin təsisatın Bakı filialının əməkdaşları Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq seçki standartlarına uyğunluğunu təhlil edəcəklər, həmçinin Azərbaycan prezidentinin seçkiləri zamanı qanunvericilik, icra və məhkəmə hakimiyyəti strukturlarının fəaliyətini və seçici proseslərini xarakterizə edən informasiya materiallarının toplanması və ekspertlər tərəfindən qiymətləndirilməsini həyata keçirəcəklər. **
F.İsazadə