Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi Ramiz Rzayevin səlahiyyət müddəti uzadılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
«Fevralın 25-də R.Rzayevin səlahiyyət müddəti bitir. Buna görə onun yenidən Ali Məhkəmənin hakimi təyin olunması təklif edilir», - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Bundan başqa, Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib. Bundan əvvəl o, Naxçıvan MR Hərbi Məhkəməsinin sədri olub.*
F.İsazadə