Vergilər Nazirliyi vergi yoxlamalarının aparılması zamanı onların effektivliyinin artırılmasına üstünlük verəcək. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
"Biz vergi yoxlamalarının, o cümlədən biznes-strukturlarda aparılan yoxlamaların sayını azaldacağıq. Biz vergi yoxlamalarının keyfiyyətini artırmalıyıq", - deyə o, bu gün "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib.
M.Cabbarovun sözlərinə görə, nazirlik qanunvericiliyi pozan vergi ödəyicilərinə qarşı sanksiyalar tətbiq edəcək. "Qanun hamı üçün birdir. Şirkətin böyük və ya kiçikliyindən asılı olmayaraq hamı vergi qanunvericiliyinə əməl etməlidir. Biz ədalətli olacağıq", - deyə nazir qeyd edib.
M.Cabbarov əlavə edib ki, nazirlik Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıb.*
B.Rüstəmbəyov