Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Türkmənistandan 1 kq-a yaxın qızıl məmulatın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“"Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan vətəndaşları Muhammet Charyyev, Bıbıjemal Moshyyeva və Oguljennet Palıvanovanın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib. Nəticədə üzərindən cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, bununla əlaqədar BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.
“Faktla bağlı araşdırma aparılır”, - məlumatda vurğulanır. **
F.İsazadə