Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Azərbaycan əhalisini president seçkilərində fəal iştiraka və düzgün seçim etməyə çağırıb.
“Bəzi ölkələr Azərbaycanda xalq və hökumət arasında uçurum ehtimalı yaratmağa və keçiriləcək seçkilərin nüfuzunu sarsıtmağa cəhd edirlər”, - Ş.Həsənli çərşənbə günü bildirib.
Bununla əlaqədar o “bu böyük siyasi prosesdə” xalqın iştirakının zəruriliyini qeyd edib. “Xalqın seçkilərdə fəal iştirakına ümid edirik, xüsusilə regionda, bütövlükdə dünyada münaqişələr və ziddiyyətlər fonunda”, - Ş.Həsənli vurğulayıb.
O bildirib ki, “xalq indiyə kimi görülməmiş bir dərəcədə düzgün seçim etməli və ölkədə sabitlik və davamlı inkişafın müdafiəsi məqsədilə dövlət başçısına səs verməlidir”. **
F.İsazadə