2017-ci ildə yol hərəkəti qaydaları pozuntusuna görə 73,7 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2017-ci ildə 73,7 mln. manat cərimə tətbiq edilib», - məlumatda qeyd olunur.
Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 2 mln. 231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5% çox inzibati xəta aşkarlanıb.
Hesabat dövründə respublikada yol hərəkəti qaydalarının 3 mln. 365,4 min pozulması faktı qeydə alınıb, bu da 2016-cı ilin göstəricisindən 17,6% çoxdur.
“Xətaların 52,5%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10%-i dayanma və ya durma qaydalarının pozulması, 9,1%-i yol ayrıcını keçmə, 4,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması ilə əlaqədardır”, - məlumatda bildirilir.
2017-ci il ərzində yol-nəqliyyat hadisələrinin sayı 8,6%, zərərçəkənlərin sayı isə 10,6% azalıb.
“Ümumilikdə, 1,833 min yol qəzası nəticəsində 2,486 min nəfər xəsarət alıb, 750 nəfər həlak olub”, - məlumatda qeyd olunur.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (87,7%) yaşayış məntəqələrində baş verib. Nəticədə 518 nəfər ölüb, 1,613 min nəfər xəsarət alıb. 2016-cı illə müqayisədə ölənlərin sayı 4,2% artıb, yaralananların sayı isə 14,2% azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 51,2%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib .
29 yol qəzasına içkili sürücülər səbəb olub, bu da 16 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnib.
Yol-nəqliyyat hadisələrində həlak olanalrın 76%-ni və xəsarət alanların 71,4%-ni kişilər təşkil edib.
Bundan əlavə, yol-nəqliyyat hadisələrinin 43,5%-i gündüz, 38%-i gecə qeydə alınıb.
Bütövlükdə, yol qəzalarının 29,7%-i istirahət günləri baş verib.**
F.İsazadə