Xəzərin Azərbaycan sektorunda “Şəfəq-Asiman” perspektiv strukturunda quyunun qazılması nəticəsində ehtiyatların aşkarlanacağı təqdirdə, BP şirkəti ixracı Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə həyata keçirmək niyyətindədir. Bunu şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qəri Cons bu gün mətbuat konfransında deyib.
"BP “Şəfəq-Asiman” perspektiv strukturunda quyunun qazılması nəticəsində qazın aşkarlanacağına ümid edir. Əgər quyunun qazılması nəticəsində qaz aşkarlanarsa, bu qaz dünya bazarına CQD vasitəsiə ixrac olunacaq”, - deyə o bildirib.
Regional direktorun sözlərinə görə, şirkət bu müqavilə blokunda qazma əməliyyatlarına 2019-cu ildə başlamağı planlaşdırır.
Daha əvvəl SOCAR-a istinadən bildirilirdi ki, “Şəfəq-Asiman” strukturundan qaz hasilatına 2030-cu ildə başlanıla bilər.*
N.Abbasova