“Şahdəniz” yatağının “Mərhələ-2” layihəsi üzrə işlərin 99%-i yerinə yetirilib. Bunu şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qeri Cons bu gün mətbuat konfransında deyib.
““Mərhələ-2”-nin reallaşdırması üzrə işlərin 99%-i yerinə yetirilib. Bu bizə əsas verir ki, cari ilin ikinci yarısında qazın Türkiyəyə çatıdırılmasına dair öhdəliklərimizi yerinə yetirəcəyik”, - Q.Cons bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə “Mərhələ-2” çərçivəsində hasilat 2 mlrd. kubmetr həcmində planlaşdırılır. “30 iyun-1 iyul tarixlərində qazın TANAP qaz kəmərinə tədarükü məqsədilə ilk qaz hasilatına 20168-ci il iyun ayının sonunda başlanacaq”, - o vurğulayıb.
Q.Cons əlavə edib ki, “Mərhələ-2” çərçivəsində qaz hasilatı tədricən artacaq (“Mərhələ-2” çərçivəsində hasilatın maksimum həcmi illik 16 mlrd. kubmetr təşkil edəcək - İF).
O qeyd edib ki, TAP qaz kəməri 2020-ci ilin birinci yarısında Azərbaycan qazının nəqlinə hazır olacaq.
“Ümumilikdə, Cənub Qaz Dəhlizi layihəsinin icrası qrafiki qabaqlayır və planlaşdırılan büdcədən aşağı məbləğə başa gələcək”, - Q.Cons vurğulayıb. **
N.Abbasova