Azərbaycan neft bazarının stabilləşməsi üzrə OPEC və qeyri-OPEC ölkələrin birgə səylərinə töhfə verib. Rusiyanın energetika naziri Aleksandr Novak belə hesab edir.
“Bazar ertəsi A.Novak Moskvada azərbaycanlı həmkarı Pərviz Şahbazovla görüşüb. Tərəflər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - nazirliyin məlumatında qeyd olunur.
Məlumata əsasən, neft məhsullarının təchizatı, təbii qaz tədarükü və elektrik enerjisi sahəsində kooperasiya sahələrində əməkdaşlıq prioritet istiqamətlər hesab edilib.
“Görüş zamanı OPEC+ formatında razılıqların həyata keçirilməsinə dair əməkdaşlıq məsələlərinə toxunulub. Xüsusilə, A.Novak neft bazarının stabilləşməsi üzrə OPEC və qeyri-OPEC ölkələrinin birgə səylərinə Azərbaycanın mühüm töhfəsini qeyd edib”, - məlumatda vurğulanır. **
N.Abbasova