Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Rusiyaya səfir təyin olunduğunu təsdiq edib.
“Rusyaya Çexiyanın səfiri qismində namizədliyim təsdiq olunub. Cari il aprel ayının əvvəlində Bakını tərk edəcəyəm”, - V.Pivonka “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, Rusiyaya səfir kimi təyinatını “çox vacib” kimi qiymətləndirib.
“Rusiya bizim üçün mühüm tərəfdaşlardan biridir. Əməkdaşlığın əsas istiqaməti energetika sahəsidir”, - səfir əlavə edib. **
F.İsazadə