21.02.2018 10:47

Özbəkistan Ticarət-Sənaye Palatası və ASK arasında əməkdaşlığa dair saziş imzalanıb

Özbəkistan Ticarət-Sənaye Palatası və Sahibkarlar(İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyası(ASK) arasında əməkdaşlığa dair saziş imzalanıb.

Sənəd Azərbaycan-Özbəkistan biznes forumu və Özbəkistanda kooperasiya birjası çərçivəsində imzalanıb. Bu barədə uzdaily.uz saytında məlumat verilir.

Məlumata əsasən, forumda toxuculuq, neft-qaz sənayesi, nəşriyyat, poliqrfiya, əczaçılıq, tibbi ləvazimat, tikinti, restoran biznesi,, ticarət, qablaşdırma, İKT, sahələrində ixtisaslaşan iri Azərbaycan şirkətlərinin 20-dən artıq nümayəndəsi, həmçinin Özbəkistanın bütün regionlarından iri müəssisələrin 50-dən artıq nümayəndəsi iştirak edib.

Tədbir zamanı iki ölkənin sahibkarları arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsinə dair qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

2017-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi $31,2 mln., həmçinin Özbəkistandan ixracın həcmi $26,2, Azərbaycandan idxalın həcmi $4,9 mln. təşkil edib.

Özbəkistanda 84 Azərbaycan müəssisə fəaliyyət göstərir, bunların 71-i birgə müəssisə, 11-i yüz faiz xarici kapitalla olan müəssisədir.

Həmin müəssisələrin əsas fəaliyyət sahələri: ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlakla əməliyyatlar, energetika, xidmət sahəsi, zərgərlik məmulatlarının istahsalı və təmiri, qida sənayesi, yüngül sənaye.

Xarici Ticarət Nazirliyi nəzdində bir Azərbaycan şirkətinin nümayəndəsi akkreditə olunub. Bakıda iki özbək müəssisəsi yaradılıb: «Узбекистон хаво йуллари» Milli Aviaşirkətin nümayəndəliyi və «Узавто Баку» MMC-nin «Узавтосаноат» DSŞ-nin diler mərkəzi. **

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.