Bakı İordaniyaya Azərbaycanda fəaliyyət göstərməsi üçün əczaçılıq müəssisəsi yaratmağı təklif edir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İordaniya sənaye, ticarət və təchizat naziri Yarub Qudah ilə görüş zamanı bu təşəbbüslə çıxış edib. Bu barədə İqtisadiyya Nazirliyindən məlumat verilir.
“İordaniyanın Azərbaycana dərman preparatları ixrac etdiyini nəzərə alaraq, Azərbaycanda əczaçılıq müəssisəsi inşa etmək mümkündür”, - Ş.Mustafayev bildirib.
Nazir həmçinin qeyd edib ki, 2017-ci ilin yekunları üzrə ölkələr arasında ticarət dövriyyəsi 37%, həmçinin Azərbaycan ixracının həmci 52% artıb.**
B.Rüstəmbəyov