2018-ci ilin yayında Azərbaycan və İordaniya arasında birbaşa uçuşlar təşkil oluna bilər. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“2017-ci ildə İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55% artıb. 2018-ci ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışıqlar aparılır”, - deyə o, Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında bildirib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb.
Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.*
B.Rüstəmbəyov