Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Mərasim fevralın 23-də baş tutacaq. Həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək.”, - məlumatda deyilir.
Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan texniki-iqtisadi tədqiqatın yenilənməsi üzrə fəaliyyətin aktivləşməsi və qaz boru kəmərinin Əfqanıstan hissəsinin tamamlanması üzrə TAPI
qaz kəməri üzrə $10 mlrd. məbləğində investisiya sazişi imzalayıblar.
Sazişə əsasən, Türkmənistan Əfqanıstan, Pakistan və Hindistanın enerji ehtiyacları üçün təbii qaz tədarükü layihəsinin reallaşdırılmasına $25 nmlrd.-a yaxın investisya yatırır. Bu məbləğin $15 mlrd.-ı qaz yatağının işlənməsi, daha $10 mlrd.-ı Əfqanıstan, Pakistan və Hindistanı Türkmənistanla birləşdirıən 1 min 680 km uzunluğunda boru kımərinin bir hissəsinin tikintisinə yönəldiləcək. **
B.Rüstəmbəyov