Rusiyanın Aktual İqtisadiyyat İnstitutunun direktoruNikita İsayevQarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlanmasını real təhlikə hesab edir.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin səmərəliliyi məqsədilə bunun üçün sərf olunan səylərin ciddi təkrar baxılması zəruridir”, - N.İsayev bəyan edib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli əsas oyunçular tərəfindən süni şəkildə dondurulub. “Bu cür şəraitdə müharibə daha ciddi formada təkrarlana bilər”, - N.İsayev vurğulayıb.
O əlavə edib ki, münaqişənin nizamlanması prosesinə yeni oyunçular - Türkiyə, Qazaxıstan, beynəlxalq təşkilatlar qatıla bilər.
Ekspert qeyd edib ki, Rusiya bu münaqişənin həlli məsələsində effektiv vasitəçi qabiliyyətini itirir. “Biz hazırda Qarabağ münaqişəsinin həlli üzrə efektiv vasitəçi kimi fəal rolu daha zəif oynamaq iqtidarındayıq. Əgər Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa ilə razılaşma əldə oluarsa, o zaman irəli hərəkət etmək mümkündür”, - N.İsayev vurğulayıb. **
F.İsazadə