Sumqayıtda “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Bu barədə ARDNŞ-dan məlumat verilib.
“SOCAR Polymer” yeni zavodda sınaq məqsədi ilə polipropilen məhsulu istehsal edib”, - məlumatda deyilir.
Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur.
Hazırda “SOCAR Polymer” iki zavodun – illik gücü 180 min ton olan polipropilen və illik gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen zavodlarının tikintisini həyata keçirir. İki zavodun 2018-ci ilin ikinci və dördüncü rüblərdə istifadəyə verilməsi gözlənilir.
Zavodların tikintisi üzrə layihənin dəyəri $750 mln. təşkil edir, bunun 40%-i “SOCAR Polymer”in səhmdarları, 60%-i “Qazprombank” ASC tərəfindən maliyyələşdirilir. **
B.Rüstəmbəyov