Bu günlərdə Rusiyanın populyar analitik «День ТВ» internet kanalında kimya elmləri doktoru, M.V.Lomonosov adına MDU professoru, Harvard universitetinin biokimya elmi üzrə professoru, “DNT-Genealogiya” yeni elmi istiqamətin müəllifi Anatoli Alekseyeviç Klesov ilə müsahibə yerləşdirilib.
«Запрещённая история: славяне и тюрки сквозь тысячелетия» verilişinə https://www.youtube.com/watch?v=ssRE0vHvgL4&t=557s saytında baxmaq mümkündür. Verilişdə professor A.Klesov çoxillik araşdırmalar və müxtəlif alimlərin əsərlərinə əsaslanan bir neçə maraqlı fərziyyələr səsləndirib. O, slavyan və türklərin tarixinin qısaldılması, şərti olaraq akademik elm dairələrinin hansısa səbəbdən öz aralarında slavyanların tarixinin bizim eranın 6 əsrdən öncə, türklərin tarixinin isə bizim eranın əvvəlindən öncə qeydə almamağa dair razılıq əldə olunması barədə söz açıb.
A.Klesov türklərin yaranmasının Altay nəzəriyyəsinin mübahisəli və qərəzli olduğunu bir daha vurğulayaraq dilşünasların buna dair nəticələrini tənqid edib. O, qədim türk dillərinin mənbələri və onların qədim mədəniyyətlərə təsirini öyrənənlərə qarşı akademik dilşünaslıqda mövcud əlbirlilik və təqibin olduğunu qeyd edib. Professor hesab edir ki, türk dilləri dilşünasların qeyd etdiklərindən daha qədimdir, həmçinin Sibir, Qafqaz, Avropa, Asiya və Amerika xalqlarının dillərinin türk dilləri ilə qohumluğu şübhə doğurmur.
Onun fikrincə, qədim şumer dilləri türk dillərinə yaxındır. Elam və şumer dilləri türk dilləri ilə səsləşir. A.Klesov bildirib ki, türk dillərinin 1500 yaşı olması rəyi səhv və qərəzlidir. Bu, dilçilik təhrifinin nəticəsidir, yəni Hind-Avropa dilailəsinə qarşı tətbiq olunan dilçilik formulunu sonradan türk dillərinə qarşı tətbiq ediblər. Yəni, Hind-Avropa dilailəsi üçün hazırlanan formulda əlbəttə ki, türk dillərinin xüsusiyyətləri nəzərə alınmayıb, nəticədə aşkar səhv yekunlar və türk xalqları və dillərinin tarixinə dair səhv nəticələr əldə olunub. A.Klesov türk xalqlarının hansı səbəbdən daha yaxşı qalması, bütün türklərin, hətta 15-16-cı əsrlərə aid mətnləri oxuya bilməyən rus və digər xalqlardan fərqli olaraq, bir-birini daha yaxşı anlamaları, qədim mətnləri rahat oxumaları fenomeni barədə söz açıb.
Professor qədim skif mədəniyyəti və dilinin əsassız olaraq İran, həmçinin fars dilinə aid olunmasına dair akademik elmin cəhdlərini əsassız adlandırıb. Qədim zamanlardan etibarən skiflər Uzaq Şərqdən Avropa və mərkəzi Rusiyaya qədər olan Avrasiya ərazisində yaşayıblar - həmin ərazilərə nə farsların, nə də İran mədəniyyətinin ayağı dəyib. Klesovun rəyinə görə, skiflərin dili əksər halda türk dilidir. Sovet filoloq-iranşünas V.Abayevin skif dillərinin İran mənşəli olmasına dair səhv və siyasiləşdirilmiş nəzəriyyəsi skiflərin tarixinin bu cür təhrif olunmasına qarşı etiraz edən alimlərin repressiya və təzyiqlərə məruz qoyulması üsulu ilə zorla yayılıb. A.Klesov skiflərin çox ehtimal ki, türk olduğunu qeyd edir, çünki onların dili türklərə yaxındır və cəmi 1500 il əvvəl gündəlik istifadə olunub. Yəni, türk xalqlarının miqrasiya prosesləri nəticəsində nisbətən bu yaxınlarda onların ümumi skif dili hər xalqda ayrıca bir qədər dəyişikliyə məruz qalıb.
O cümlədən, “DNT-Genealogiya” tədqiqatları sayəsində o, riyazi dəqiqliklə müəyyən edib ki, erməni əhalisi praktiki olaraq Türkiyə türkləri ilə eynidir. Yəni, ermənilər əslində qriqorian məzhəbi qəbul ediləndən sonra türklərdən qopan cavan etnik qrupdur. Klesov qeyd edir ki, insanpopulyasiyasının dini icmalara bölünməsi müasir xalqların yaradılmasında mühüm amildir. Bununla yanaşı, o bildirib ki, türk xalqları və onların dilləri Yer kürəsində ən qədimlərdən biridirlər.
Azərbaycan əhalisi barədə söz açan A.Klesov hesab edir ki, onlar əsasən bir neçə ən qədim miqrasiyaların əcdadlarından ibarətdir. Azərbaycanlıların əcdadlarının ilk miqrasiyası 9-10 min il əvvəl baş verib. İkinci miqrasiya, ən azı 7-8 min il öncə baş tutub və onlar Şumerdən köçkünlər olublar. Üçüncü miqrasiya - 4,5 min il əvvəl - Avropadan köçkünlər olublar. Azərbaycanlıların əksəriyyəti məhz həmin üç qədim köçürmələrin əcdadlarıdır. Əslində şumerlərin dövləti çox güman ki, qədim türklər tərəfindən yaradılıb, türk dillərinin çoz dərin olması isə ümumiyyətli şübhə doğurmur.
Klesov qeyd edir ki, Azərbaycan əhalisi Qafqazda ən qədim əhalidən biridir. Hətta azərbaycanlıların yarısı Aralıq dənizi və Yaxın Şərq qaploqrupuna malikdirlər, çünki təxminən 7000 il əvvəl həmin bölgələrdən bəzi xalqlar silah və alətlərin istehsalı məqsədilə metal, minerallar əldə etmək üçün Qafqaza, xüsusilə Azərbaycana üz tutublar. Beləliklə, Altay nəzəriyyəsi barədə danışmağına dəyməz. Həmin nəzəriyyəyə əsasən, türk xalqlarının əsas hissəsi guya 1000 il əvvəl - b.e. 10-11-ci əsrlərində Qafqaza gəlib.
Azərbaycanlıların əksəriyyəti qismən skif əcdadları, qismən də dünyada ən qədim Şumer dövlətini yaradan türk xalqlarından qalan türk dilində danışırlar. Təqribən 7000 il öncə müasir azərbaycanlıların əcdadları Şumer və Yaxın Şərqdən Qafqaza köçməyə başlayıblar. Daha əvvəl müasir Əfqanıstan, Hindistan və Pakistan ərazilərindən xalqlar bura köçməyə başlayıb. Bura Qafqaza və Azərbaycana dünyanın müxtəlif bölgələrindən qədim türklər köç ediblər, çünki Azərbaycan bərəkətli torpağa malikdir.
Yekun olaraq, professor A.Klesov qeyd edir ki, Azərbaycanda araşdırma aparmaq və DNT analizi götürmək lazımdır. O bildirib ki, burada bu istiqamətdə xüsusi ciddi iş aparılmayıb. “Tarixi zəngin və mədəniyyəti ilə heyranlıq doğuran Azərbaycanda DNT materiallarının toplanması üzrə layihəyə start vermək lazımdır”, - professor vurğulayıb. **