Rusiyanın KM.RU internet nəşrində Ermənistanda faşizmin qəhrəmanlaşdırılması və İrəvanda faşistlərin əlaltısı Qaregin Njdenin abidəsinin ucaldılmasından narahatlıq ifadə olunun bir qrup ermənilərin açıq müraciəti dərc olunub.
Müraciəti Artur Aqacanov, Valera Yeretsyan və bir qrup erməni imzalayıb.
“Biz, müxtəlif ölkələrdə yaşayan bir qrup erməni, Ermənistanda faşizmin qəhrəmanlaşdırılması üzrə dövlət siyasətindən ciddi narahatıq. Son zamanlar Rusiya və digər KİV-lərdə İrəvanın mərkəzində faşistlərin əlaltısı Qaregin Njdenin abidəsinin ucaldılması, onun fəaliyyətinin erməni gəncləri və cəmiyyət üçün qəhrəmanlıq nümunəsi kimi təbliğatına dair gərgin mübahisələr aparılır”, - müraciətdə qeyd edilir.
Baş verənlər bizi laqeyd qalmağa imkan vermir, çünki bu vəziyətdə susmaq faşizmin təbliğatına göz yummağa bərabərdir. “Bu gün Ermənistanda heç də hər kəsin Qaregin Njde, Drastamat Kanayan (Dro) və faşistlərin digər əlaltılarının hökumət səviyyəsində qəhrəmanlaşdırılmasına qarşı çıxış etmək cəsarətinin olmadığını anlayırıq. Lakin biz tez-tez çox sayda ermənilərin narazılıqlarını eşidirik. Onlar Vətənlərinin hansı uçuruma yuvarlandığını aydın şəkildə başa düşürlər, ancaq bu barədə Ermənistanda açıq şəkildə bəyan etməyə qorxurlar, çünki bu pis nəticə verə bilər”, - müraciətdə vurğulanır.
Qaregin Njde faşizm, rasizm və amansız nasizmin açıq ideoloqu olub. İş o yeri çatıb ki, hətta “Daşnaktsütun” kimi radikal terror təşkilatı öncə Njde və “Rasistlər” təşkilatı yaradan onun tərəfdarları ilə əməkdaşlıqdan imtina edib. Hələ 1930-cu illərdə Hitlerin əlaltıları Qaregin Njde və Ayk Asatryan tərəfindən hazırlanan erməni faşizmi ideologiyası tsexakronizm adlandırılıb.
“Əfsuslar olsun ki, Ermənistan hökuməti faşist cinayətkarları, terorçuların qəhrəmanlaşdırılması üzrə məqsədyönlü siyasət yürüdür. Eyni zamanda, Böyük Vətən müharibəsinin real qəhrəmanları barədə unudulur. Ermənilərin döyüşlərdə parlaq şöhrət qazanan şanlı qəhrəmanları var. Həmyerlimiz marşal İvan Baqramyan əsl qəhrəmanlıq və Vətənə xidmətin nümunəsidir. Lakin, bu gün Ermənistanda nə onu, nə də bu cür miqyaslı digər erməni qəhrəmanlarını xatırlamırlar, onların abidələrinə gedən cığır çoxdan ot bağlayıb, indiki erməni gəncləri isə faşist əlaltılarının nümunəsi ilə tərbiyə olunurlar”, - müraciət müəllifləri qeyd edirlər. **