“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturlaşdırılmasından sonra bankın ödəmə qabiliyyətinin bərpa olunduğunu qeyd edir.
"ABB-nin öhdəliklərinin restrukturlaşdırılması prosesinin başa çatması bankın ödəmə qabiliyyətinin bərpa olunması üçün müsbət məqamdır", - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, “Moody`s” açıq valyuta mövqeyi üzrə ABB-nin problemlərinin qaldığını vurğulayır.*
A.Əzizov