Caspian Energy International Media Group və Caspian European Club Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə minnərdarlıqlarını bildiriblər.
“Biz məhdud fiziki imkanlı şəxslər üçün yaradılmış şəraitə və piyada keçidlərində quraşdırılmış xüsusi panduslara və köməkçi vasitələrə görə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri İlham Əliyevə təşəkkür edirik”, - deyə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Telman Əliyev quraşdırılmış xüsusi panduslar məhdud fiziki imkanlı insanların şəhərdə maneəsiz hərəkətinə imkan verdiyini vurğulayıb. “Son bir neçə ay ərzində bu istiqamətdə həyata keçirilən işlər əhəmiyyətli dərəcədə fəallaşıb və təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında da aparılır, həmçinin yaşayış binalarını, parkları, bağları, ictimai nəqliyyatı, yeraltı və yerüstü keçidləri də əhatə edir. Nümunə üçün qeyd edim ki, Naxçıvan şəhərinə təşkil olunmuş ezamiyyətlərdən birində biz səslə müşayiət olunan işıqforların quraşdırıldığının şahidi olduq ki, bu da görmə qabiliyyəti zəif olan piyadalar üçün mühüm məqamdır”, - deyə Telman Əliyev bildirib.
O xatırladıb ki, bir neçə il ərzində Caspian European Club yaradıcı ziyalıların və bir çox ictimai xadimlərin də dəstəklədikləri məhdud fiziki imkanlı insanlar üçün pandusların quraşdırılması təşəbbüsü ilə çıxış edib.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asia Club yaradılıb. İki il ərzində onlar Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un üzvü, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hüsab olunurlar.
Yarandığı ilk gündən Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.