Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq edib.
Çərşənbə axşamı dövlət başçısının saytında müvafiq sərəncam dərc olunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Müşahidə Şurasının sədri təyin edilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və gənclər QHT-nin daha 4 nümayəndəsi Müşahidə Şurasının üzvləri təyin olunublar.
Bundan başqa, İ.Əliyev digər sərəncamla Fərid Cəfərovu Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edib. **
A.Əzizov