Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tender 3 lot üzrə keçirilir: blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi (lot-1), texniki platformanın satın alınaraq qurulması (lot-2) və sözügedən sistemin formalaşdırılması (lot-3).
Tenderdə hər lot üzrə iştirak haqqı 200 manatdır.
1-ci lot üzrə işlər 3 ay ərzində, 2-ci lot üzrə işlər 6 ay ərzində, 3-cü lot üzrə işlər isə 18 ay ərzində görülməlidir.
İddiaçılar tender təkliflərini mayın 10-na qədər təqdim etməlidirlər. Təkliflərə mayın 11-də baxılacaq..
Əlaqələndirici şəxs – Elman Muradov (telefon – 493-11-22, daxili 499).*
A.Əzizov