Azərbaycan prezidenti İlham Əliyev modul tipli 16 məktəbinquraşdırılması məqsədilə Təhsil Nazirliyinə dövlət büdcəsindən 4,942 mln. manatın ayrılmasını tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə axşamı İ.Əliyev Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Qeyd olunan vəsait Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbinquraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən a ayrılacaq. **