2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 299 mln. 215 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 429 min nəfər (artım 8,9%), dəniz nəqliyyatı ilə 1,5 min nəfər (azalma 42,3%), hava nəqliyyatı ilə 291,8 min nəfər (artım 9,5%), metro vasitəsi ilə 36,485 mln. nəfər (artım 2,4%) daşınıb.
Bu ilin yanvar-fevral aylarında avtomobil nəqliyyatı vasitələri ilə 262,007 mln. sərnişin (artım 1,4%), avtobuslarla 252 mln. 471,9 min sərnişin (artım 1,4%), taksilərlə 9 mln. 535,1 min sərnişin (artım 2,5%) daşınıb.*
B.Rüstəmbəyov