Azərbaycan prezidenti İlham Əliyev 776 şagird yerlik modul tipli 14 məktəbinquraşdırılması məqsədi ilə Təhsil Nazirliyinə 4,392mln. manat ayırmağı tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bazar ertəsi İ.Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarındatəhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında
sərəncam imzalayıb.
Qeyd olunan vəsait Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbinquraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
B.Rüstəmbəyov