2018-ci ilin yanvar-fevral aylarında xarici turistlər Azərbaycanda bank kartları ilə 190 mln. 927,699 min manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
"Bu ilin yanvar ayında xarici turistlər bank kartları ilə 99 mln. 798,809 min manatlıq, fevralda 91 mln. 128,89 min manatlıq əməliyyat həyata keçiriblər, yanvar-fevral aylarında turistlərin kartlar vasitəsilə ümumi xərcləri 190 mln. 927,699 min manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 20% çoxdur", - deyə məlumatda bildirilir.
2017-ci ildə xarici turistlər Azərbaycanda kartlar vasitəsilə 1 mlrd. 22 mln. 36,752 min manat sərf ediblər.
Nazirliyin məlumatına görə, Azərbaycan vətəndaşları yanvar-fevral aylarında xaricdə bank kartları ilə 179 mln. 521,339 min manatlıq əməliyyat həyata keçiriblər.*
A.Əzizov