Azərbaycanda prezident seçkiləri demokratik və şəffaf keçirilib. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının rəhbəri Rəşid Əlimov bu gün Bakıda mətbuat konfransında deyib.
“Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. Seçki məntəqələrində video kameralar quraşdırılmışdı, bu da istənilən vətəndaşa seçkiləri izləmək imkanı yaradırdı. Ümumilikdə, seçkilər şəffaf və demokratik keçirildi”, - R.Əlimov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xalqı öz gələcəyinə naminə seçim edib. **
B.Rüstəmbəyov