Vergilər Nazirliyi “IBM Caspian” MMC-ni $500 min məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Fevralın 13-də "IBM Caspian" MMC $500 min məbləğində nizamnamə kapitalı ilə Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı İqor Bryuxovdur.
Bundan başqa, Vergilər Nazirliyi fevralın 12-də "SUM Modern Medical" MMC-ni 412 min manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alıb.
MMC-nin rəsmi nümayəndəsi Şahin Baxşəliyevdir.*
A.Əzizov