"Dolma hazırlama və paylaşma ənənəsi” və “Kamança hazırlanması və ifaçılıq sənəti” nominasiyalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.
Nazirlikdən verilən məlumata görə, müvafiq sertifikatlar mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya təqdim edilib.
"Dolma hazırlama və paylaşma ənənəsi” və “Kamança hazırlanması və ifaçılıq sənəti” nominasiyalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə dair qərar 2017-ci ilin dekabr ayında qəbul olunub*
F.İsazadə